14:44 07-03-2020
news_image
193
FUTBOL

İnzagi ilə bağlı qərar verildi

"Latsio" baş məşqçisi Simone İnzagini postunda saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, paytaxt klubu bununla bağlı əməli fəaliyyətə başlayıb.

Romalıların prezidenti Kludio Lotito 43 yaşlı çalışdırıcıya yeni müqavilə təklif edəcək. "Barselona" və PSJ-nin maraq dairəsində olan italiyalı mütəxəssisə "Latsio" rəhbəri daha yüksək maaş boyun olacaq. Komanda cari mövsüm titul qazanarsa, İnzagi əlavə 500 min avro bonus əldə edəcək.

Qeyd edək ki, "Latsio" hazırda İtaliya A seriyasına başçılıq edir.