15:05 07-03-2020
news_image
294
FUTBOL

"Neftçi"nin uzun müddətdir çempion ola bilməməsini anlamıram" - Julius Vobay

"Düzünü desəm, Azərbaycan çempionatını daim izləmirəm. İmkan düşdükcə baxıram. Xüsusən də, "Neftçi"nin nəticələrindən xəbərdar oluram".

Bunu apasport.az saytına "Neftçi"nin sabiq futbolçusu Julius Vobay deyib.

"Ağ-qaralar"ın uğurlu legioner transferlərindən olmuş syerra-leoneli vinger sabiq komandasının hazırkı çıxışını və çempionluq şanslarını dəyərləndirib. Son klubu Sloveniya "Olimpiya"sı olan və karyerasını başa vurmağı düşünən Vobay "Neftçi"nin uzun müddətdir çempion ola bilməməsini bu cür qarşılayıb: "Bilirəm ki, "Qarabağ"la xal fərqi 8-dir. Hər halda bunu aradan qaldırmaq asan olmayacaq. Amma "Neftçi"nin sona kimi mübarizə aparacağını düşünürəm. Açığı, "Neftçi" kimi güclü komandanın uzun müddətdir çempion ola bilməməsini anlamıram".

Qeyd edək ki, Julius Vobay ölkəmizdə "Xəzər Lənkəran" (2011) və "Neftçi"nin (2012-2013, 2014-2015) formasını geyinib.