17:47 07-03-2020
news_image
101
FUTBOL

Ardıcıl 3-cü dəfə “20”yə çatdı - Məhəmməd Salah

İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah ardıcıl 3-cü mövsüm 20 qol səddini fəth edib.

Apasport.az saytının məlumatına görə, misirli hücumçu 20-ci qolu bu gün Premyer Liqanın XXIX turunda “Bornmut”un qapısından keçirib.

O, qollarından 16-nı Premyer Liqa, 4-nü avrokuboklarda vurub. Ötən mövsüm 27, 2017/18 mövsümündə 44 dəfə fərqlənən forvard ardıcıl 3-cü dəfə bunu bacarıb. Sonuncu dəfə belə göstəriciyə imza atan “Liverpul”lu Maykl Ouen olub.

Premyer Liqada 100-cü matçda “Liverpul” formasında meydana çıxan hücumçu 70-ci çempionat qoluna sevinib. O, 2017/18 mövsümündə 32, ötən çempionat 22, cari turnirdə 16 dəfə qol vurub.