19:19 07-03-2020
news_image
146
FUTBOL

"Neftçi"də itki - Məmmədovun halı pisləşdi

"Neftçi"nin qapıçısı Aqil Məmmədov sıradan çıxıb.

Apasport.az saytının məlumatına görə, qolkiper Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la görüşdə əvəzlənib.

Qarşılaşmanın ikinci hissəsində səhhətində problem yaşayan Məmmədov mübarizəni davam etdirə bilməyib. Anidən halı pisləşən Aqil meydanı xərəkdə tərk edib. Nəticədə 59-cu dəqiqədə onun əvəzinə Səlahət Ağayev meydana daxil olub.

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən matçda "Neftçi" 2:0 hesabı ilə öndədir.