21:35 07-03-2020
news_image
184
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısı dünya 10-cusu oldu

Estoniyanın paytaxtı Tallində fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionatı başa çatıb.

Apasport.az saytının məlumatına görə, yarışın son günündə buz üzərində rəqslər və qızların mübarizəsinə yekun vurulub.

Yarışda Azərbaycan təmsilçisi Yekaterina Ryabova da qüvvəsini sınayıb. Qısa proqramda 13-cü yeri tutaraq mübarizəni sərbəst proqramda davam etdirmək hüququ qazanan milliləşən legioner bu dəfə daha yaxşı göstəriciyə imza atıb.

O, 112,21 xalla sərbəst proqramda 10-cu yeri tutub. Yekun göstəricisi 169,89-a bərabər olan Ryabova dünya çempionatını da 10-cu sırada başa vurub.

Qeyd edək ki, dünya çempionu adına rusiyalı Kamila Valiyeva layiq görülüb. O, 227,30 xal toplayıb.