11:31 08-03-2020
news_image
365
FUTBOL

Rüfət Dadaşov het-triklə başladı - VİDEO

ABŞ-ın ikinci liqasında yeni mövsümə start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun qış fasiləsində transfer olunduğu "Finiks Rizinq"də rəsmi debütü uğurlu alınıb.

Açılış turunda onun komandası öz meydanında "Portlend 2" üzərində böyükhesablı qələbəyə sevinib. Dadaşov het-triklə komandasının 6:1 hesablı qalibiyyətinə töhfə verib. 86 dəqiqə meydanda qalan forvard 13, 24 və 65-ci dəqiqələrdə rəqibi mərkəzə dəvət edib.

Qeyd edək ki, "Finiks Rizinq" ikinci tur çərçivəsində martın 15-də "Real Monarks"ın qonağı olacaq.