12:03 08-03-2020
news_image
191
FUTBOL

“Durumumuz o qədər pis deyil” - Ağabala Ramazanov

“Həm psixoloji, həm də oyun sarıdan daha yaxşı formada olan rəqiblə qarşılaşacağıq. Ancaq bizim durumumuz da o qədər pis deyil. “Səbail”lə oyundan çox şey asılıdır”.

Bunu apasport.az saytına “Zirə”nin hücumçusu Ağabala Ramazanov deyib. 

Komandasının aparıcı üzvü olan Ramazanov Premyer Liqanın XX turu çərçivəsində “Səbail”ə qarşı keçiriləcək görüş haqda fikirlərini bölüşüb. O, sabiq klubuna qarşı 3 xal üçün meydana çıxacaqlarını deyib: “Oyuna çox ciddi hazırlaşmışıq. “Səbail”ə qarşı var gücümüzlə mübarizə aparacağıq ki, qələbə qazanaq. Necə alınacağını oyun göstərəcək, amma biz meydana qələbə üçün çıxacağıq”.

27 yaşlı hücumçu “Zirə”nin yeni transferi Emil Balayevin transferinə də şərh verib. O bildirib ki, millinin qapıçısı komandaya faydalı olacaq: “Emilin komandamıza güc qatacağına hamımız inanırıq. Onun “Zirə”yə gəlişini geriyə addım deməzdim. Emilin “Tobol”dan ayrılmaq səbəbini hamımız bilirik və buna görə də ona dəstək olmalıyıq. Onun müqaviləsi üç aylıq - çempionatın sonuna qədərdir. Məhz bundan sonra Emili yenidən Avropada görəcəyimizə inananırıq və gərək ona dəstək olaq”.