12:12 08-03-2020
news_image
183
FUTBOL

Prokurorluq İnfantino ilə bağlı araşdırmaya başladı

FİFA prezidenti Canni İnfantino ilə bağlı araşdırma başlayıb.

Apasport.az saytının məlumatına görə, İsveçrə prokurorluğu qurum başçısının fəaliyyətini yoxlamağa qərar verib.

O, FİFA-dakı korrupsiya ilə bağlı 2015-ci ildə araşdırmalar barədə məxfi məlumatlar almaqda şübhəli bilinir. Bildirilir ki, həmin vaxt UEFA-nın baş katibi olan İnfantino regional prokurorlardan biri ilə əlaqələrindən istifadə edib. Sonuncu onu FİFA-nın korrupsiya sxemlərinin araşdırılması ilə bağlı materiallardan məlumatları bilən prokurorla tanış edib.

İnfantino həmin şəxslə üç dəfə görüşüb. Onları görüşdürən prokuror isə sonradan FİFA başçısından minnətdarlıq qazanıb və bir sıra vacib oyunlara dəvət edilib.

Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralından FİFA prezidentidir. O, 2019-cu ilin iyununda ikinci dəfə bu vəzifəyə seçilib.