16:30 08-03-2020
news_image
160
FUTBOL

Rekord vuruldu - Azərbaycan çempionatında

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün rekordu qeydə alınıb. 

Apasport.az saytının məlumatına görə, “Qəbələ” ən böyükhesablı ev qələbəsinin müəllifi olub. 

Bu, XX turun “Sumqayıt”la görüşünə təsadüf edib. 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqlə qələbə qazanan ilk komanda olub. Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilən XVIII turun oyununda “Zirə”nin qapısından 4 top keçirib. 

Qeyd edək ki, ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.