11:06 09-03-2020
news_image
143
AVRO-2020

Bakıya gəlməyəcək - uelsli futbolçu

Uels millisi ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Britaniya komandasının yarımmüdafiəçisi Co Allen mövsümü başa vurub.

"Hall Siti" ilə qarşılaşmada zədələnən "Stok Siti"nin oyunçusunun əzələsi qopub. 30 yaşlı orta sahə oyunçusunun bu səbəbdən nəinki mövsümü başa vurduğu, eyni zamanda AVRO-2020-ni buraxacağı açıqlanıb. Bu isə o deməkdir ki, Allen Bakıda və Romada keçiriləcək qrup oyunlarında heyətdə yer almayacaq.

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda yer alan Uels yığması İsveçrə (13 iyun) və Türkiyə (17 iyun) ilə Bakıda, İtaliya ilə (21 iyun) Romada qarşılaşacaq.