11:27 09-03-2020
news_image
145
FUTBOL

Azərbaycanlı futbolçunun yubiley oyunu - Ukraynada

Azərbaycan millisinin futbolçusu Pavel Paşayev Ukrayna Premyer Liqasında yubiley oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, bu, "Aleksandriya"nın XXII turda Kiyev "Dinamo"su ilə ev matçına təsadüf edib.

"Aleksandriya"nın 1:3 hesabı ilə məğlub olduğu görüşün 72-ci dəqiqəsində meydana daxil olan Paşayev Premyer Liqada 200-cü oyununu keçirib. "Aleksandriya"nın forması altında 61 görüşdə iştirak edən 32 yaşlı müdafiəçi "Krivbass"da 34, "Metallurq" (Zaporojye) və "Stal"da 29, "Dnepr"də 24, "Karpatı"da isə 23 qarşılaşmada meydana çıxıb.

Qeyd edək ki, Pavel Paşayev Ukrayna çempionatında 2008-ci ildə "Krivbass"ın heyətində debüt edib.