11:47 09-03-2020
news_image
103
DİGƏR NÖVLƏR

Dünya Kubokunda 14-cü yer

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub. 

Apasport.az saytının məlumatına görə, Səbinə Kərimova, Anna Başta,Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət komanda yarışında 14-cü olub.

İlk görüşündə Honkonqa 45:32 hesabı ilə qalib gələn yığma “səkkizliy”ə düşmək üçün görüşdə Fransaya 42:45 hesabı ilə uduzub. Komandamız 13-16-cı yerlər uğrunda qarşılaşmada Rumıniyaya 45:40 hesabı ilə qalib gəlsə də, 9-cu yer uğrunda matçda Ukraynaya 40:45 hesabı ilə məğlub olub. 

Sablyaçılarımız 13-cü yerlər uğrunda görüşdə Almaniya komandasına 40:45 hesabı ilə məğlub olaraq, yekun sıralamada 24 komanda arasında 14-cü olub.