15:18 09-03-2020
news_image
163
FUTBOL

PSJ – “Borussiya” oyunu azarkeşsiz keçiriləcək

Çempionlar Liqasının PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) matçı tamaşaçısız keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu qərarı Paris polisi verib.

Qurum “Pak de Prens” stadionunu azarkeşlərin üzünə bağlayıb. Bu səbəbdən 1/8 final mərhələsinin qarşılaşması boş tribunalar önündə keçiriləcək. PSJ koronavirus epidemiyası üzündən arenanı dezinfeksiya etsə də, görüşün azarkeşlər önündə keçirilməsinə icazə verilməyib.

Qeyd edək ki, Fransada 1209 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb.