15:42 09-03-2020
news_image
403
FUTBOL

7 pillə irəlilədi - Qurban Qurbanov

Dünyanın ən yaxşı futbol məşqçilərinin reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda planetin 1000 ən yaxşı futbol mütəxəssisi yer alıb.

Azərbaycanın reytinqdə yeganə təmsilçisi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur. Hesabında 1054 xal olan 48 yaşlı mütəxəssis 566-cı yerdə qərarlaşıb. O, ötən siyahı ilə müqayisədə 7 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya hesabında 15 min 846 xal olan “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp başçılıq edir.