16:59 09-03-2020
news_image
200
FUTBOL

Karyerası ilə bağlı qərarını verdi - Serxio Aquero

"Mançester Siti"nin hücumçusu Serxio Aquero gələcək taleyi ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu komandasını tərk etməyəcək.

"Şəhərlilər" 2 il müddətinə avrokuboklardan kənarlaşdırılmasına baxmayaraq, 32 yaşlı forvard Avropanın digər klublarından gələn təklifi geri çevirəcək. Aquero 2021-ci ilin yayına qədər olan müqaviləsinə sadiq qalacaq və ardından ölkəsi Argentinaya qayıdaraq, karyerasını "İndependyente"də davam etdirəcək.

Qeyd edək ki, Serxio Aquero bu mövsüm 29 oyunda 23 qola imza atıb.