20:10 09-03-2020
news_image
311
FUTBOL

“İnter” avrokuboklarda oynamaqdan imtina etdi – koronavirusa görə

İtaliyanın “İnter” klubu UEFA Gənclər Liqasında çıxışını dayandırıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi koronavirusun yayılma təhlükəsi ilə bağlı U-19 komandasının avrokubokda mübarizəni davam etdirməməsi barədə qərar verib.

Bu addım gənc futbolçuların sağlanlığını risk altında qoymamaq üçün atılıb. Milan təmsilçisi 1/8 finalın martın 11-dəki matçında öz meydanında Fransa “Renn”i ilə görüşməli idi. Lakin bu qarşılaşma üçün “İnter”ə texniki məğlubiyyət veriləcək və fransalılar 1/4 finala yüksələcək.

Qeyd edək ki, “İnter”in əsas komandası Avropa Liqasında mübarizə aparacaq. Milanlılar 1/8 finalda “Xetafe” ilə qarşılaşacaq.