10:30 10-03-2020
news_image
137
FUTBOL

Klub almaq istəyir - Floyd Meyvezer

Peşəkar boksun əfsanəsi Floyd Meyvezer klub sahibi olmaq arzusundadır.

Apasport.az saytının məlumatına görə, amerikalı idmançı “Nyukasl” klubuna göz dikib.

Premyer Liqa təmsilçisinin azarkeşləri ilə görüşən 5 çəki dərəcəsi üzrə dünya çempionu olmuş boksçu fanatların istəyi bu olarsa, həyata keçirməyə çalışacağını söyləyib: “Nyukasl” fantastik klubdur. Klubun səhmlərini almağımı istəyirlərsə, mən də buna çalışaram”.

Meyvezerin nümayəndələri “Nyukasl” rəhbərliyi ilə bu barədə artıq ilkin danışıq da aparıblar. İllik qazancı 1 milyard dollara yaxın olan Floyd Meyvezer dünyanın ən çox gəlir əldə edən idmançısıdır.

Qeyd edək ki, “Nyukasl”ın hazırkı sahibi ingiltərəli milyarder Mayk Eşlidir. O, 2007-ci ildə klubun səhmlərinin 100 faizini alıb.