12:01 10-03-2020
news_image
161
FUTBOL

Bakıda ikinci sınaq: Azərbaycan Polşa ilə üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan yığması sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, millimiz AVRO-2021-in seçmə mərhələsində 4-cü oyununa çıxacaq.

Komandamız Polşa ilə üz-üzə gələcək. Oyun “ASK Arena”da baş tutacaq.

Hesabında xal olmayan millimiz məğlubiyyət seriyasına son qoymağa çalışacaq. İspaniya və Çexiyaya eyni – 0:4, Moldovaya 1:3 hesabı ilə uduzan Siyasət Əsgərovun yetirmələri tilsimi evdə qırmağa köklənib. Öz meydanındakı ilk sınağında çexiyalılara böyük hesabla uduzan futbolçularımız hələ qol buraxmayan Polşanı büdrətmək üçün meydana çıxacaq.

Qeyd edək ki, Azərbaycan – Polşa matçı saat 18:00-da başlayacaq.    

AVRO-2021-in seçmə oyunu
D qrupu
11 mart
18:00. Azərbaycan – Polşa
Baş hakim:
Kristina Trandafir (Rumıniya)
Bakı. “ASK Arena”

1

İspaniya

3

2

1

0

9-1

7

2

Çexiya

3

2

0

1

12-5

6

3

Polşa

2

1

1

0

5-0

4

4

Moldova

3

1

0

2

3-13

3

5

Azərbaycan

3

0

0

3

1-11

0