15:31 10-03-2020
news_image
112
FUTBOL

2 futbolçusu “Mançester Siti” ilə oyunu buraxacaq - “Real”ın

“Real” iki futbolçusunun xidmətindən məhrum qalıb.

Apasport.az saytının məlumatına görə, “kral klubu”nda qapıçı Tibo Kurtua və müdafiəçi Marselo zədələnib.

Hər iki oyunçu La Liqanın XXVII turunda “Betis”lə qarşılaşmada xəsarət alıb. Həkim müayinəsindən sonra həm Kurtua, həm də Marselonun sol budundan zədələndiyi, La Liqanın XXVIII turunda “Eybar” (13 mart), Çempionlar Liqasının 1/8 final mərhələsində isə “Mançester Siti” (17 mart) ilə cavab görüşünü buraxacaqları dəqiqləşib.

Kurtuanın martın 21-də “Valensiya” ilə çempionat matçını buraxması da istisna edilmir.