17:53 10-03-2020
news_image
175
FUTBOL

“Tottenhem”dən ayrılır – Harri Keyn

“Tottenhem” lideri Harri Keynlə yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın uğursuz çıxış etməsidir.

London klubunun qol silahı mövsümün sonunda komandasını dəyişmək barədə düşünür. Əgər “Tottenhem” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, İngiltərə millisinin üzvü Avropanın aparıcı klublarından birinə satılması üçün rəhbərliklə görüşəcək. Joze Mourinyonun komandası hazırda Premyer Liqada 8-ci pillədə qərarlaşır və 4-cü yerdəki “Çelsi”dən 7 xal geri qalır.

Qeyd edək ki, adı daha çox “Real”la birgə hallanan Harri Keynin “Tottenhem”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.