18:26 10-03-2020
news_image
277
AVRO-2020

Dəyişiklik olmayacaq - AVRO-2020-də

UEFA AVRO-2020 ilə bağlı dəyişiklik etməyi planlaşdırmır. 

Apasport.az saytının məlumatına görə, bunu qitə futbol qurumu açıqlayıb. 

Bildirilir ki, AVRO-2020-nin açılış mərasimi gözləndiyi kimi, iyunun 12-də Romada baş tutacaq: “Koronavirus təhlükəsi ilə əlaqədar beynəlxalq və daxili federasiya rəsmiləri ilə danışıqlar davam edir. İndiki durumda dəyişikliyə ehtiyac yoxdur”. 

Qeyd edək ki, İtaliya, İsveçrə, Uels və Türkiyənin yer aldığı A qrupunun 3 oyunu Romada, digər 3 qarşılaşması Bakıda keçiriləcək. AVRO-2020-nin açılış oyununda isə İtaliya ilə Türkiyə üz-üzə gələcək.