23:49 10-03-2020
news_image
225
DİGƏR NÖVLƏR

Avropa çempionatının vaxtı dəyişdirildi - koronavirus səbəbindən

Ağır atletika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib. 

Apasport.az saytının məlumatına görə, Avropa Ağır Atletika Federasiyası aprelin 2-12-də Rusiyanın paytaxtı Moskvada keçirilməli olan qitə birinciliyinin vaxtının dəyişdirilməsinə qərar verib. 

Yarış koronavirus səbəbindən iyunun 13-21-də təşkil olunacaq.