02:14 11-03-2020
news_image
139
FUTBOL

Koronavirus testindən keçirildi - Kilian Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe koronavirusa yoluxma təhlükəsi ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü bununla bağlı tibbi testlərdən keçirilib.

Boğaz ağrısına görə iki gün məşqlərdən kənarda qalan gənc forvardın ilkin test nəticələri bu xəstəliyə yoluxmadığını göstərir. Ancaq analizin dəqiq cavabı sabah hazır olacaq.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə 30 qol vurub.