10:42 29-06-2008
news_image
404
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Dortmund superturnirinə heç-heçə ilə başlayıb

23 yaşlı beynəlxalq qrossmeysterimiz ağ fiqurlarla Peter Leko (Macarıstan) ilə heç-heçə edib. Hesabat turu çərçivəsində baş tutan Yan Qustafsson (Almaniya) – Vladimir Kramnik (Rusiya), Vasili İvançuk (Ukrayna) – Luk van Veli (Hollandiya), Arkadi Naydiç (Almaniya) – Yan Nepomnyaşi (Rusiya) görüşlərində də qalib müəyyənləşməyib. Ş.Məmmədyarov bu gün qara fiqurlarla Y.Nepomnyaşiyə qarşı oynayacaq.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən il təşkil edilən yarışda 3,5 xal toplamaqla 5-ci olub. Birinci yeri isə 5 xalla V.Kramnik tutub.