21:02 11-03-2020
news_image
691
FUTBOL

Azərbaycan millisi yenə darmadağın oldu

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, AVRO-2021-in seçmə mərhələsində mübarizə aparan yığmamız Polşa ilə üz-üzə gəlib.

D qrupunun autsayderi olan millimiz ilk üç oyunda olduğu kimi yenə məğlubiyyətlə üzləşib. İlk 45 dəqiqədə 2 top buraxan Siyasət Əsgərovun yetirmələri “ASK Arena”dakı görüşün sonluğunda daha üç top buraxıb.

0:5 hesabı ilə uduzan komandamız tsikldə ən ağır məğlubiyyətini alıb. Polşa isə Bakıdakı qələbə ilə liderliyə yüksəlib.

Qeyd edək ki, millimiz səfərdə İspaniya, evdə Çexiya ilə oyunların hərəsində 4 cavabsız qol buraxıb,  Moldova ilə rəqib meydanındakı görüşdə 1:3 hesabı ilə məğlub olub.

AVRO-2021-in seçmə oyunu
D qrupu
11 mart
18:00. Azərbaycan – Polşa – 0:5
Qollar:
Eva Pajor, 19, 90+1, Aleksandra Şikora, 44, 90+3, Agata Tarjinska, 90
Baş hakim: Kristina Trandafir (Rumıniya)
Bakı. “ASK Arena”

1

Polşa

3

2

1

0

10-0

7

2

İspaniya

3

2

1

0

9-1

7

3

Çexiya

3

2

0

1

12-5

6

4

Moldova

3

1

0

2

3-13

3

5

Azərbaycan

4

0

0

4

1-16

0