09:08 11-03-2020
news_image
119
FUTBOL

ABŞ-da turun oyunçusu seçildi – Rüfət Dadaşov

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın USL çempionatında ilk turun ən yaxşı futbolçusu seçilib.

Apasport.az saytının məlumatına görə, qış fasiləsində “Finiks Rizinq”ə keçən 29 yaşlı forvard buna debüt matçında “Portlend 2”nin qapısından 3 top keçirməklə nail olub.

Komandasının 6:1 hesablı qələbəsinə het-triklə töhfə verən Rüfət səsvermə zamanı səslərin 52 faizini toplayıb. O, 48 faiz səs yığan “İndi Eleven”in hücumçusu Tayler Paşeri qabaqlayıb.

Dadaşov eyni zamanda turun simvolik komandasına da düşüb.