11:40 11-03-2020
news_image

Bakıdakı Avropa çempionatı azarkeşsiz keçiriləcək

Bakıda təşkil ediləcək böyüklər arasında karate üzrə Avropa çempionatı azarkeşsiz keçiriləcək.

Bu barədə apasport.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, koronavirus xəstəliyinə yoluxma hallarının artmasının qarşısının alınması səbəbindən yarış böyük etimalla boş zalda keçiriləcək. Nazirlik rəsmisi bu qərarın Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən verildiyini qeyd edib. Səmayə Məmmədova hazırda bununla bağlı Təşkilat Komitəsinin iclasının keçirildiyini də vurğulayıb. 

Qeyd edək ki, Avropa çempionatı martın 25-29-da keçiriləcək.