12:51 11-03-2020
news_image
121
FUTBOL

Cənubi Amerikada seçmə oyunlar təxirə salındı

DÇ-2022-in Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin startı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, martın sonlarında keçirilməli olan mərhələnin ilk qarşılaşmalarının baş tutmasına səbəb koronavirusun yayılmasıdır.

Bu üzdən də Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) görüşləri qeyri-müəyyən vaxta təxirə salıb. Hazırda qurum oyunların yeni tarixlərinin müəyyənləşdirilməsi ilə məşğuldur.

Qeyd edək ki, bir müddət əvvəl Asiya zonası üzrə seçmə oyunlar da eyni səbəbdən təxirə salınıb.