11:38 29-06-2008
news_image
553
DİGƏR NÖVLƏR

Azərbaycan boksçuları Avropa çempionatını 6 medalla başa vurublar

Boksçularımızdan ən yüksək nəticəni finalda rusiyalı Artyom Ageyevi 16:5 hesabı ilə məğlub edən Teymur Məmmədov (75 kq) rəsmiləşdirib. Həlledici döyüşdə rusiyalı Əmir Mansurova 5:11 hesabı ilə uduzan Elnur Zeynalov (48 kq) və 57 kq çəki dərəcəsində latviyalı Evaldas Petrauskasa məğlub olan (3:16) Tamerlan Abdullayev isə gümüş medalla kifayətləniblər. Çempionatın yarımfinal mərhələsində mübarizəni dayandıran Elvin İsayev (52 kq), Salman Əlizadə (46 kq) və Fərid Mansurovun (54 kq) qazancı bürünc medal olub.
Avropa çempionatına 13 boksçu ilə qatılan yığmamız bu nəticə ilə komanda hesabında Rusiya və Ukraynadan sonra üçüncü yeri tutub.