18:01 11-03-2020
news_image
3685
FUTBOL

“Heç olmasa 3 dəfə Quzanlıda oynayardız” - PFL-dən “Qarabağ” rəsmisinə cavab

“Azərbaycan azarkeşi dünyanın, bəlkə də, ən fədakar azarkeşidir”. Statusda bircə bu cümləni bəyəndim”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun feysbuk səhifəsində Premyer Liqanın XXI və XXII tur matçlarının azarkeşsiz keçirilməsi ilə bağlı qərara etiraz kimi yazdığı statusa cavabında qeyd edib.

Şahgəldiyev “Neftçi” – “Qarabağ” görüşünün boş tribunalar önündə keçirilməsinin azarkeşlərə haqsızlıq olduğunu yazan və qarşılaşmanın başqa vaxta təxirə salınmasını təklif edən Ağdam klubu rəsmisinin statusuna rəyində onun haqsız etiraz etdiyini vurğulayıb: “Qarabağ” çox böyük komandadır. Bütün Azərbaycanda onun azarkeşi var və əsas azarkeşləri də Ağdamda, Quzanlıdadır. Yazdıqlarını o halda səmimi qəbul edərdim ki, heç olmasa mövsümdə 3 dəfə gedib Quzanlıda oynayardız, ora kuboku aparardız, oradakı azarkeşlərinizi də düşünərdiz. Keçən il azarkeş az gəlsin deyə biletin qiymətini 50 manata qaldıran da Azərbaycanda əsas futbol yarışını keçirən təşkilat idi?”

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu martın 22-də keçiriləcək.