21:26 11-03-2020
news_image
251
FUTBOL

“Buna hazır idik” – Azərbaycan yığmasının baş məşqçisi

“Rəqibin gücünə əsasən, oyunun çətin keçəcəyini gözləyirdik. Bilirdik ki, Polşa millisi oyunu meydanın bizə aid hissəsində keçirəcək”. 

Apasport.az saytının məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

AVRO-2021-in seçmə mərhələsinin Bakıdakı oyununda Polşaya 0:5 hesabı ilə uduzan yığmanın çalışdırıcısı böyükhesablı məğlubiyyətinin səbəbini açıqlayıb: “Buna hazır idik. Oyunumuzu məhz bunun üzərində qurmuşduq. Əks-hücumlarda istəyimizə çatmaq istəyirdik. Oyunun əlavə vaxtında buraxdığımız qollar bizim üçün yaxşı hal deyil. Gənc komandayıq. Bu cür beynəlxalq oyun təcrübəmizin olmaması özünü büruzə verdi. Rəqib illərdir DÇ-nin, AÇ-nin seçmə mərhələsində iştirak edir. Biz isə ilk dəfədir seçmə mərhələdə mübarizə aparırıq. Polşa komandası bütün komponentlərdə bizi üstələdi və qələbə qazandı”.
 
Polşa milli komandasının baş məşqçisi Miloş Stepinski də oyun barədə fikirlərini bölüşüb: “Oyundan əvvəl müəyyən qorxumuz olsa da, nümayiş etdirdiyimiz futbol və əldə etdiyimiz nəticəyə görə çox xoşbəxtik. Son dəqiqəyədək 2:0 hesabı ilə irəlidəydik. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində daha 3 qol vurmağa müvəffəq olduq. Xüsusən, əks-hücum zamanı vurduğumuz 3-cü qol Azərbaycan yığmasını bir qədər ruhdan saldı. Yeri gəlmişkən, yüksək qonaqpərvərliyə görə təşkilatçılara təşəkkür edirəm”.