22:57 11-03-2020
news_image
145
FUTBOL

1/8 final 1 oyundan ibarət ola bilər - Avropa Liqasında

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Xetafe" ilə "İnter" arasında qalib bir oyunla müəyyən edilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun baş direktoru Klemente Vilyaverde deyib.

O bildirib ki, UEFA-nın sabah keçirilməli olan görüşü təxirə salmaq qərarı doğrudur. Klub rəsmisi komandaların neytral meydanda üz-üzə gələcəyini istisna etməyib: "Sabahkı oyunun keçirilməyəcəyi barədə UEFA-dan məlumat aldıq. Belə bir vəziyyətdə göstərdiyi dəstəyə görə quruma təşəkkür edirik və onların matçın tarixnə dair qərarı ilə razıyıq. Hansı qərarın veriləcəyini bilmirik, ancaq hər iki tərəfin maraqlarının nəzərə alınacağına əminik. İki oyun əvəzinə neytral meydanda bir qarşılaşmanın olma ehtimalı var. Biz UEFA-nın istənilən qərarı ilə razılaşacağıq".

Qeyd edək ki, koronavirus xəstəliyinin İtaliyada kəskin şəkildə yayılması səbəbindən "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" oyunu təxirə salınıb.