10:29 12-03-2020
news_image
298
FUTBOL

“Qarabağ” bizi Çempionlar Liqasından kənarlaşdırdı, xatırladınızmı?” – Dieqo Simeone

“Atletiko” “silahları” ilə qalib gəlməyə çalışan komandadır. Rəqiblərin boşluqlarını da diqqətdən qaçırmırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul” üzərində qazanılan səfər qələbəsindən (3:2) sonrakı mətbuat konfransında deyib.

İlk oyunda da Madriddə 1:0 hesablı qələbə qazanan və artıq 1/4 finala yüksələn İspaniya klubunun çalışdırıcısı uğurlarının əsas səbəbini açıqlayıb. Argentinalı mütəxəssis 2017-18 mövsümündə “Qarabağ”la hər iki oyunda heç-heçə edərək qrupda qalmalarını da yada salıb: “La Liqanın ötən turunda “Sevilya”nın qapısına tərəf 17 zərbə vursaq da, qələbə qazana bilməmişdik. “Qarabağ” bizi Çempionlar Liqasından kənarlaşdırdı, xatırladınızmı? Amma bu, futboldur. Məsələ rəqibin qüsurlarının harada olduğunu aşkar etməkdir. “Liverpul” önündə bu baxımdan çox dəqiq idik”.

Qeyd edək ki, Çempionlar Liqasının 2017-18 mövsümündə “Qarabağ”la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı bərabərə qalan “Atletiko” qrupda 3-cü yeri tutaraq, Avropa Liqasına yuvarlanmışdı.