10:43 12-03-2020
news_image

Dünya Olimpiya Təsnifat Turniri təxirə salındı

Aprelin 30-dan mayın 3-dək Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi nəzərdə tutulan güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə Dünya Güləş Birliyi (UWW) qərar çıxarıb. 

Qurum koronavirus epidemiyası ilə bağlı bu addımı atıb. Bunadək martın 19-22-də Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifat Turniri də təxirə salınıb.

Qeyd edək ki, UWW Budapeştdəki yarışı mayın, Sofiyadakı turniri iyunun əvvəlində təşkil etməyi planlaşdırır.