11:26 12-03-2020
news_image
159
FUTBOL

III dövrənin son turunun təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında XXI turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, III dövrənin son matçları martın 14-15-də keçiriləcək.

Tur Səbuhi Bayramovun “Sabah” – “Keşlə” qarşılaşmasındakı start fiti ilə başlayacaq. Dövrəyə yekun vuracaq “Neftçi” – “Zirə” görüşünü Kamal Umudlu idarə edəcək.

Qeyd edək ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası
XXI tur
14 mart (şənbə)

“Qarabağ” – “Qəbələ”
Hakimlər:
Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00

“Sabah” – “Keşlə”
Hakimlər:
Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”, 16:00

15 mart (bazar)
“Sumqayıt” – “Səbail”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital Bank Arena”, 16:00

“Neftçi” – “Zirə”
Hakimlər:
Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bakcell Arena”, 18:00