13:37 12-03-2020
news_image
127
DİGƏR NÖVLƏR

“Bakıda Dünya Kubokunun keçirilməsində heç bir risk yoxdur” - Nurlana Məmmədzadə

“Dünya kubokunun Bakıda keçiriləcək mərhələsi Olimpiada-2020-yə təsnifat turnirlərindən biridir. 42 ölkədən olan bütün nümayəndələr artıq gəliblər”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

O TASS-a bildirib ki, bu gün Bakıda start götürən idman gimnastika üzrə Dünya Kubokunun mərhələ yarışında koronavirusla bağlı zəruri tədbirlər görülüb: “Heç bir risk yoxdur. Yarışların Təşkilat Komitəsi təhlükəsiz keçirilməsi üçün mümkün olan hər şeyi edir. Fevralın ortalarında bizdə batut gimnastikası üzrə Dünya Kubokunun mərhələsi təşkil olunub. Həmin vaxt koronavirus artıq yayılmağa başlamışdı. Onda hər şey normal keçdi”.

Baş katibin sözlərinə görə, Bakı Gimnastika Arenasında sağlamlıq üçün heç bir təhlükə olmayacaq: “Ən pis epidemioloji vəziyyət olan ölkələrdən gələn qonaqlar hava limanına çatan kimi müayinə üçün klinikaya yollanıblar. Söhbət Çin, Cənubi Koreya, İtaliya və İrandan gedir. Xoşbəxtlikdən heç bir problem aşkarlanmayıb, hamısı sağlam olub. Yarış və məşq zalında divarda sterilizatorlar quraşdırılıb. Həmçinin girişlərdə uzaqdan bədənin hərarətini yoxlayan qurğular da qoyulub. Bir sözlə, biz gələn hər kəsin sağlamlıq durumu barədə məlumatlıyıq. Hər gün məşq və yarışlardan sonra dezinfeksiya planlaşdırılıb. Həmçinin növbətçi həkim briqadalarının sayı 3-dən 4-ə qədər artırılıb”.

Qeyd edək ki, dünya kubokunun mərhələsi martın 15-dək davam edəcək.