14:21 12-03-2020
news_image
337
TOKİO-2020

Olimpiya məşəli yandırıldı – 1984-cü ildən sonra ilk dəfə...

Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli yandırılıb.

Apasport.az saytının məlumatına görə, yarışların rəmzi Yunanıstandakı Qədim Olimpiyada alovlandırılıb. 

Koronavirus təhlükəsi ilə əlaqədar mərasimə cəmi 100 qonaq qatılıb. Tədbirdə Yunanıstan prezidenti Prokopis Pavlopulos, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Təşkilat Komitəsinin üzvləri iştirak edib. 1984-cü ildən sonra ilk dəfə mərasim azarkeşsiz keçirilib.

Yaponiya paytaxtındakı yarış iyulun 24-dən avqustun 9-dək keçirilməlidir. Lakin koronavirus səbəbindən Olimpiya Oyunlarının təşkili sual altındadır.

Qeyd edək ki, olimpiya məşəlinin yandırılması ənənəsi 1936-cı ildə qoyulub.