15:27 12-03-2020
news_image
204
FUTBOL

La Liqa da dayandırıldı

İtaliya A seriyasından sonra koronavirusun Avropada yayılması səbəbindən İspaniya La Liqasında da oyunlar təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya Kral Futbol Federasiyası qərar qəbul edib.

Federasiya hökumət dairələrinin tövsiyəsini əsas tutaraq, La Liqa, Sequnda, eləcə də aşağı liqalarda mübarizənin ən azı iki həftəlik dayandırılması qərarı barədə klubları məlumatlandırıb. Ancaq komandalar öz bazalarında məşqlərini davam etdirə bilərlər.

Qeyd edək ki, İspaniyada 50-dən çox adam koronavirus xəstəliyi ucbatından ölüb.