16:12 12-03-2020
news_image
166
TOP OYUNLARI

Azərbaycan çempionatına davam - AVF-dən qərar

Kişi voleybolçular arasında koronavirus səbəbindən dayandırılan Azərbaycan Yüksək Liqası davam etdiriləcək. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının (AVF) qərarına əsasən təxirə salınan matçlar martın 13-dən oynanılmağa başlanılacaq. 

Lakin əvvəlki turlardan fərqli, qarşılaşmalar azarkeşsiz təşkil olunacaq. 

AVF-nin digər qərarına əsasən, qadın voleybolçular arasında Super Liqa, həmçinin I Liqanın oyunları martın 27-də bərpa olunacaq. 

Azərbaycan çempionatı
Yüksək Liqa, kişilər
13 mart

15:00. MOİK – “Neftçi”
Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Sərhədçi”
Dərnəgül Voleybol Mərkəzi

17 mart
15:00. “Neftçi” – “Xilasedici”
Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Exspress”
Dərnəgül Voleybol Mərkəzi

18 mart
16:00. “Azərreyl” – “Sərhədçi”
Dərnəgül Voleybol Mərkəzi

27 mart
14:00. “Murov” – “Xilasedici”
Dərnəgül Voleybol Mərkəzi

16:00. “Neftçi” – “Sərhədçi”
Dərnəgül Voleybol Mərkəzi

Qeyd edək ki, koronavirus xəstəliyinə yoluxma hallarının artmasının qarşısının alınması səbəbindən martın 4-10-da keçirilməli olan bütün matçlar təxirə salınmışdı.