00:03 13-03-2020
news_image
109
FUTBOL

"Mançester Yunayted" tarixində ilk

Avropa Liqasının 1/8 final mərhələsinin LASK-la "Mançester Yunayted" arasında ilk oyunu koronavirus epidemiyasının yayılması səbəbindən boş tribunalar önündə keçirilib.

Apasport.az saytının məlumatına görə, bu matç İngiltərə klubunun tarixinə düşüb.

"Qırmızı şeytanlar" ilk dəfə azarkeşsiz rəsmi oyuna çıxıb. Halbuki ingilislərin 900 azarkeşi qarşılaşmaya bilet almışdı. Lakin UEFA əksər oyunlar kimi, bu matçın da azarkeşsiz oynanılmasına qərar verib.

Qeyd edək ki, 5:0 hesabı ilə qalib gələn "Mançester Yunayted"in rəqibini martın 19-da qəbul etməsi nəzərdə tutulub.