21:26 13-03-2020
news_image
412
TOP OYUNLARI

Azərbaycan çempionatında yeni lider - YENİLƏNİB

Bu gün voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, kişilər arasında Yüksək Liqada iki qarşılaşma baş tutub.

Qsa fasilədən sonra bərpa olunan yarışda günün mərkəzi oyununda mükafatlar uğrunda mübarizə aparan MOİK-lə “Neftçi” görüşüb. Matç “ağ-qaralar”ın məğlubiyyəti ilə yekunlaşıb. MOİK ilk iki hissədə məğlub olsa da, geridönüş edərək, rəqibini üstələyib.

Digər matçda “Murov” autsayder “Sərhədçi” ilə üz-üzə gəlib. Fərid Cəlalovun yetirmələri rəqibini asanlıqla məğlub edib. 

Bu qələbə “Murov”u liderliyə yüksəldib. Aktivinə 1 xal əlavə edən “Neftçi” mövqeyini qoruyubsa, rəqiblərindən 1 oyun az keçirən “Xilasedici” 3-cü yerə enib. 

Azərbaycan çempionatı
Yüksək Liqa, kişilər
13 mart

15:00. MOİK – “Neftçi” - 3:2 (16:25, 21:25, 25:20, 25:22, 17:15)
Dərnəgül Voleybol Mərkəzi
17:00. “Murov” – “Sərhədçi” - 3:0 (25:13, 25:8, 25:15)
Dərnəgül Voleybol Mərkəzi

N

Komanda

O

Q

M

S

T

X

1

Murov

9

8

1

24-6

715-528

23

2

Neftçi

9

7

2

24-8

773-608

22

3

Xilasedici

8

7

1

22-4

636-502

21

4

MOİK

10

6

4

21-15

806-765

18

5

Azərreyl

8

3

5

9-15

498-556

9

6

Ekspress

9

2

7

7-21

519-649

6

7

Gürcüstan

4

0

4

1-12

275-344

0

8

Sərhədçi

9

0

9

0-27

403-675

0