15:30 13-03-2020
news_image
149
FUTBOL

Premyer Liqa aprelin 4-dək dayandırıldı

İngiltərədə bütün oyunlar koronavirus epidemiyası səbəbindən təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa rəhbərliyi bu gün Premyer Liqa klublarının rəsmiləri ilə təcili görüşdən sonra matçların dayandırılmasını qərara alıb.

Elita ilə yanaşı, kubok oyunları, həmçinin İngiltərə millisinin matçları da təxirə salınıb.

Qərara əsasən, ölkədə bütün futbol görüşləri aprelin 4-dək keçirilməyəcək.