15:44 13-03-2020
news_image
116
FUTBOL

Fəaliyyətini dayandırdı - “Barselona”

“Barselona” klubu koronavirus epidemiyasının yayılması səbəbindən fəaliyyətini dayandırıb.

Apasport.az saytının məlumatına görə, bu barədə klub rəsmən bəyanat yayıb.

La Liqa və Çempionlar Liqasının təxirə salındığını nəzərə alan Kataloniya təmsilçisinin rəhbərliyi müvəqqəti olaraq bazanı bağlayıb. Komandalara bu gün keçirilən iclasda bu barədə məlumat verilib.

Bildirilib ki, klubun heç bir üzvündə koronavirus xəstəliyi aşkarlanmasa da, tibbi heyətin məsləhəti ilə bir müddət məşqlər olmayacaq.