15:45 13-03-2020
news_image
87
FUTBOL

Həftənin futbolçusu açıqlandı – ÇL-də

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində ilk həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının  məlumatına görə, həftənin oyunçusu mükafatına “Atalanta”nın hücumçusu Yosip İliçiç layiq görülüb.

Sloveniyalı forvard UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Bunda onun “Valensiya” üzərində 4:3 hesablı qələbə qazanılan qarşılaşmada pokerə imza atması rol oynayıb.

İliçiç digər namizədlər Marsel Sabitzer (“Leypsiq”), Xuan Bernat (PSJ) və Yan Oblakı (“Atletiko”) qabaqlayıb.