16:48 13-03-2020
news_image
133
TOP OYUNLARI

Azərbaycan çempionatı dayandırıldı – RƏSMİ

Basketbol üzrə Azərbaycan çempionatı dayandırılıb.

Apasport.az saytının məlumatına görə, bu addım ölkə ərazisində koronavirusun yayılma ehtimalının qarşısını almaq məqsədi ilə atılıb.

Azərbaycan Basketbol Federasiyası kişilər arasında Superliqanı qeyri-müəyyən vaxta qədər dayandırmağı məqsədəuyğun sayıb. Yarışın bir dəfəlik dayandırılacağı və ya qısa müddətdə yenidən keçirilməsi ilə bağlı qərar sonradan veriləcək. 

Qeyd edək ki, Superliqada martın 2-5-də də eyni səbəbdən oyunlar təxirə salınmışdı.