17:00 13-03-2020
news_image
296
FUTBOL

Azərbaycanın İsveçrə ilə oyunu təxirə salındı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə – Azərbaycan oyunu baş tutmayacaq.

Martın 26-da keçirilməli olan qarşılaşma koronavirus epidemiyasına görə qeyri-müəyyən müddətə təxirə düşüb. Bu, AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən gerçəkləşib.