17:48 13-03-2020
news_image
218
FUTBOL

Ən çox ziyan görən klublar - koronavirusdan

Dünyanın bir çox ölkəsində yayılan koronavirus epidemiyası əksər daxili çempionatların, həmçinin beynəlxalq turnirlərin təxirə salınmasına səbəb olub.

Apasport.az saytının məlumatına görə, bu amil klublara maddi cəhətdən böyük ziyan vuracaq.

Ən çox qazanc əldə edən klubların təxirəsalmalara görə nə qədər zərər görəcəkləri açıqlanıb. Siyahının ilk “20-liy”ində yer alan Avropa nəhəngləri ümumilikdə 1,5 milyard avro itirəcəklər.

Bu baxımdan ən böyük zərbə “Barselona”ya dəyəcək. Yayım və bilet satışı olmadığından, İspaniya təmsilçisi təxminən 160 milyon avro ziyana uğrayacaq. Kataloniyalıları əzəli rəqibi “Real” 144 milyon avroluq itki ilə izləyir. İlk “üçlüy”ü “Mançester Yunayted” qapayır (-120 milyon avro). PSJ bu müddətdə 115 milyon avroluq qazancdan məhrum olacaq.

Növbəti 3 sırada İngiltərə klubları qərarlaşıblar. Koronavirus “Arsenal”a 109, “Liverpul”a 94, “Tottenhem”ə isə 92 milyon avro bahasına başa gələcək.