19:59 13-03-2020
news_image
135
FUTBOL

Futzal liqaları dayandırıldı - Azərbaycanda

Futzal üzrə Azərbaycan çempionatları dayandırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə Azərbaycan Futzal Federasiyası qərar verib.

Bəyanatda bildirilir ki, koronavirus pandemiyasının dünyada geniş yayılmasınını, ölkəmizdə virusa qarşı aparılan mübarizəni, həmçinin idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını nəzərə alan AFF-nin rəhbərliyi martın 14-dən ayın sonuna qədər futzal liqalarında, eləcə də ölkə kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməsi nəzərdə tutulan bütün oyunları təxirə salıb.

Qeyd edək ki, futbol üzrə Premyer Liqa və I divizion oyunları da dayandırılıb.