21:40 13-03-2020
news_image

"Formula-1"lə bağlı hələ qərar yoxdur" - Operativ Qərargah

“Karate üzrə Avropa çempionatı ləğv olunub. Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı hələ qərar yoxdur”. 

Apasport.az saytının məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, vəziyyətə uyğun olaraq “Formula-1” ilə bağlı qərar qəbul ediləcək: "Azərbaycan Qran-prisi yayda keçirilməlidir. O dövrə qədər vəziyyətdən asılı olaraq qərar qəbul ediləcək".