11:01 14-03-2020
news_image
3220
FUTBOL

"Slovan"ın Şeydayev planı - 2 illik müqavilə

Çexiyanin “Slovan” klubu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi heyətinə cəlb etməkdə israrlıdır.

Apasport.az saytının məlumatına görə, Liberets təmsilçisinin "Sabah"ın oyunçusuna edəcəyi təklifin detalları müəyyənləşib.

Bakı klubu ilə mövsümün sonuna qədər müqaviləsi olan 24 yaşlı forvarda çexlər yayda 2 illik müqavilə təklif etməyi planlaşdırırlar. "Slovan"ın məşqçilər korpusu Şeydayevin oyununa son dəfə canlı baxmaq üçün milli komandamızın mayın 26-da Antalyada Türkiyə ilə keçirəcəyi yoxlama görüşünü tribunadan izləyəcək.

Qeyd edək ki, Ramil Şeydayev qış fasiləsində Moskva "Dinamo"sundan ayrılaraq "Sabah"a keçib.